
GADTB: Evin həbsxanasının 7-ci bölməsində saxlanılan azərbaycanlı fəal Mahmud Ocaqlo, dəfələrlə (üç dəfədən çox) müraciət etməsinə baxmayaraq, hələ də məzuniyyət hüququndan məhrum edilir.
Məlumatlı mənbələrin bildirdiyinə görə, onun həyat yoldaşının Evin həbsxanasına etdiyi müraciət zamanı həbsxana rəsmilərindən biri qeyd edib ki, məzuniyyətlə bağlı qərar “iş üzrə ekspertin”, yəni təhlükəsizlik–kəşfiyyat qurumlarının səlahiyyətindədir və məzuniyyətin verilməməsi də məhz həmin qurumların göstərişi ilə həyata keçirilir.
Mahmud Ocaqlu 20 azər 1401-ci ildə həbs edilib və ona qarşı: “rejim əleyhinə təbliğat aparmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq”, “rejimə müxalif qruplara üzvlük”, “xalqı müharibəyə və qətl-törətməyə təhrik etmək” ittihamları irəli sürülüb. O, bu ittihamlar üzrə ümumilikdə 11 il müddətinə azadlıqdan məhrumetmə və əlavə cəzalarla cəzalandırılıb ki, onların 5 ili icra edilən cəza hesab olunur.
Onun işi 29 mordad 1402-ci ildə Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə göndərilib və həmin şöbə işi qəbul etdikdən cəmi iki gün sonra, təqsirləndiriləni müdafiə üçün çağırmadan, birinci instansiya məhkəməsinin hökmünü olduğu kimi qüvvədə saxlayıb.
Qeyd edək ki, İran Həbsxanalar Təşkilatının icra qaydalarına əsasən, həbsxana məzuniyyəti məhbusların qanuni hüququdur. Bu hüquqdan sistemli şəkildə məhrum edilmə isə məhbus hüquqlarının açıq şəkildə pozulması kimi qiymətləndirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi