Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

İbrahim Asimani Təbriz Mərkəzi Həbsxanasına köçürüldü

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı İbrahim Asimani çərşənbə axşamı 2 Dey 1404 tarixində, həbs olunmasından üç həftə sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Bu milli fəalın hansı bölməyə yerləşdirildiyi barədə dəqiq məlumat yoxdur. Lakin əvvəlki təcrübələrə əsasən, onun Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsinə köçürülməsi ehtimal olunur.

Asimaninin ailəsi son günlərdə onun saxlanıldığı yer və həbs səbəbləri barədə məlumat almaq üçün Təbriz Ümumi və İnqilab Prokurorluğuna dəfələrlə müraciət edib. Buna baxmayaraq, rəsmi qurumlar aydın və şəffaf məlumat verməkdən imtina edib, bəzi hallarda isə özlərinin də məlumatlı olmadığını bildiriblər. Ailənin girov qarşılığında müvəqqəti azadlığa buraxılması ilə bağlı müraciətləri də hələlik nəticəsiz qalıb.

Qeyd edək ki, İbrahim Asimani 12 Azər 1404-cü il tarixində, təxminən saat 11:00-da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Həbs zamanı onun mobil telefonu, bir sıra kitabları və şəxsi əşyalarının bir hissəsi müsadirə edilib.

Asimaninin uzun müddət ailəsi ilə əlaqəsiz saxlanılması və məlumat verilməməsi onun vəziyyəti ilə bağlı narahatlıqları daha da artırır.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …