Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Zərəşuran Qızıl Mədənində işçilərin tətili davam edir

GADTB: Güney Azərbaycanın Tikantəpə (Tekab) məntəqəsində yerləşən Zərəşuran qızıl mədənində işçilərin tətili 11-ci gününə qədəm qoyub. Buna baxmayaraq, məsul qurumlar indiyədək işçilərin haqlı tələblərinə heç bir reaksiya verməyiblər.

Mədən işçiləri əməkhaqlarının və sosial təminatların yaxşılaşdırılması, ədalətli maaş ödənişi və ayrı-seçkiliyin aradan qaldırılması tələbləri ilə etirazlarını davam etdirirlər. Lakin bu etirazlar hələ də rəsmi qurumlar tərəfindən aydın və konkret cavabla qarşılanmayıb.

Etirazçı azərbaycanlı işçilər bildirirlər ki, illərdir tam əməkhaqqı, sosial güzəştlər və sığorta hüquqlarından məhrum ediliblər və işəgötürən tərəfindən verilən vədlər bu günədək yerinə yetirilməyib.

Yaxın Şərqin ən böyük qızıl yatağı hesab olunan Zərəşuran qızıl mədənində hər il Azərbaycan bölgəsinin böyük həcmdə təbii sərvətləri xammal şəklində çıxarılır. Lakin bu zənginlikdən yerli əhalinin payına yoxsulluq, işsizlik və ətraf mühitin məhvi düşür.

Daha əvvəl də Tikantəpə bölgəsində təbiətin genişmiqyaslı şəkildə dağıdılması, xammalın mərkəzi vilayətlərə daşınması və yerli əhalinin mədən gəlirlərindən kənarda qalması ilə bağlı çoxsaylı hesabatlar yayılıb.

Yerli mütəxəssislər bildirirlər ki, Tikantəpədə emal zavodlarının yaradılması və yerli işçi qüvvəsindən istifadə həm bölgənin iqtisadi dirçəlişinə töhfə verə, həm də gənclərin miqrasiyasının və ətraf mühitin məhv edilməsinin qarşısını ala bilər.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …