Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Beynəlxalq İnstitut: “İran raketlər üçün nüvə başlığı axtarışındadır”

GADTB: Bu gün İtaliya Beynəlxalq Siyasət Araşdırmaları İnstitutu (ISPI) yaydığı hesabatda İranın nüvə proqramında istiqamət dəyişikliyi müşahidə olunduğunu bildirib. Hesabata görə, Tehran nüvə fəaliyyətlərini raketlərdə daşına bilən kompakt nüvə başlıqlarının hazırlanmasına yönəltməyə çalışır.

Sənəddə qeyd olunur ki, İranla İsrail arasında baş verən 12 günlük müharibədən sonra Tehranın çəkindirmə hesablamaları dəyişib və nüvə enerjisinə yanaşma yenidən gündəmə gəlib.

Hesabata əsasən, İranın 441 kiloqram həcmində 60 faiz zənginləşdirilmiş uran ehtiyatı mövcuddur.

Bununla yanaşı, ISPI qeyd edir ki, İranın hazırda “Xorrəmşəhr” raketi kimi təxminən 2000 kilometr mənzilli və iki tona yaxın daşıma qabiliyyətinə malik raketlər üçün uyğun kompakt nüvə başlığı istehsal etmək imkanı yoxdur. / Azad İran

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …