İsrail yenidən İrana hücum edə biləcəyi barədə xəbərdarlıq edib

GADTB: Wall Street Journal nəşrinin yazdığına görə, İsrail yaxın zamanda İrana yenidən hərbi zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib.

Məlumata əsasən, İsrail rəsmiləri bu ehtimal barədə ABŞ-li səlahiyyətli şəxsləri məlumatlandıraraq, İranın ballistik raket proqramını yenidən bərpa etmək istiqamətində atdığı addımların yeni hərbi müdaxilə riskini artırdığını bildiriblər.

Qeyd olunur ki, Tehranın raket imkanlarını bərpa etməyə yönəlik cəhdləri İsrailin mümkün yeni hərbi əməliyyatına zəmin yaradır və eyni zamanda ABŞ-ın regionda sabitlik yaratmaq səylərini daha da mürəkkəbləşdirir.

Mənbənin vurğuladığı kimi, mövcud vəziyyət Yaxın Şərqdə gərginliyin yenidən artması ehtimalını gündəmdə saxlayır.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …