Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Güney Azərbaycanın Tikantəpə bölgəsinin Zərəhşuran Qızıl Mədənində işçilərin tətili davam edir

GADTB: Tikantəpə rayonunda yerləşən Zərəhşuran qızıl mədənində işçilərin etiraz aksiyası təxminən iki həftədir davam edir.

Qərbi Azərbaycan əyalətində yerləşən bu iri qızıl mədəninin işçiləri 22 Azər tarixindən etibarən əməkhaqqı ödənişlərində bərabərsizliyə və ayrı-seçkiliyə etiraz olaraq iş dayandırıblar. Etirazın əsas səbəbləri sırasında vəzifə və peşələrin dərəcələndirilməsi planının icra edilməməsi, rəsmi və podratçı işçilər arasında mövcud olan maaş fərqləri, eləcə də ağır iqtisadi şəraitdə artan məişət problemləri yer alır.

İşçilər bildirirlər ki, böyük həcmdə sərvət istehsal edən bir mədən müəssisəsi öz əməkdaşlarını yaşayış baxımından çıxılmaz vəziyyətdə buraxmamalıdır. Onların əsas tələbləri əməkhaqqında ədalətin təmin olunması, işçilər arasında ayrı-seçkiliyə son qoyulması və mövcud iqtisadi təzyiqlər fonunda sosial durumun yaxşılaşdırılmasıdır.

Etirazların başlamasından təxminən iki həftə keçməsinə baxmayaraq, indiyədək mədən rəhbərliyi, Tikantəpə rayonunun Əmək İdarəsi və ya əyalət səviyyəsində məsul qurumlar tərəfindən hər hansı təsirli addımın atıldığı barədə məlumat yayılmayıb.

Mədən işçiləri vurğulayıblar ki, bütün tələbləri tam şəkildə yerinə yetirilənədək tətili davam etdirəcəklər.

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …

“Türk Dünyası Gənclər Məclisi”ndə “Ayrılıq” mahnısının duyğulu ifası: “Qaqauz” sənətçinin dilindən Azərbaycanın ayrılıq hekayəsi – Video

GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa …