Cümə axşamı , Oktyabr 15 2026
azfa

İsraildən İrana sərt mesaj: “Bütün variantlar masadadır”

GADTB: İsrailin Baş naziri Benyamin Netanyahu Fox News telekanalına müsahibəsində İslam Respublikasına xəbərdarlıq edib. O bildirib ki, İran “qırmızı xətləri” keçərsə, İsrailin cavabı “qətiyyətli və dağıdıcı” olacaq.

Netanyahu İslam Respublikasının İsrailə qarşı keçirdiyi hərbi təlimlərə və ballistik raket sınaqlarına toxunaraq, bu addımların bölgədə gərginliyi artırdığını qeyd edib. Onun sözlərinə görə, belə vəziyyətdə “bütün variantlar masada qalır”.

Fox News-un məlumatına görə, İsrailin baş naziri ölkəsinin gərginliyin artmasında maraqlı olmadığını vurğulayıb, lakin birbaşa təhdidlər qarşısında susmayacaqlarını bildirib.

Netanyahu əlavə edib ki, İran raket imkanlarını genişləndirir, istehsalı artırır və nüvə proqramı istiqamətində fəaliyyətlərini davam etdirir. Bununla belə, o qeyd edib ki, Tehranın “son xətti keçmək” barədə hələlik yekun qərar vermədiyi düşünülür.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …