Cümə axşamı , May 7 2026
azfa

Sayın Mikayil bəy Oytadan Avstraliyada Azərbaycan və Türkiyəyə qarşı erməni, aysor və yunan icmasının fitnəkarlığı ilə mübarizə- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Avstraliya parlamentində Azərbaycan və Türkiyəyə qarşı erməni, aysor və yunan icmalarının fitnəkarlığından xəbər tutan kimi bu fitnəkarlıqla mübarizə məqsədilə məktubla müraciət edib və hazırda məktuba cavab da gəlib.

Sayın Mikayil bəyin müraciətinə cavabı dərc edirik:

Hörmətli cənab Oyta,

Komitənin veb-səhifəsindəki təqdimat (submissions) portalı vasitəsilə AAA adından Komitəyə müraciət etdiyiniz üçün təşəkkür edirik. Qeyd edirik ki, Siz “Avstraliya Azərbaycanlı icması adından sorğuda rəsmi şəkildə iştirak etmək və təqdimat təqdim etmək proseduru barədə rəhbərlik” istəmisiniz.

Nəzərinizə çatdırırıq ki, bu sorğu ilə bağlı rəsmi təqdimat verməyin ən uyğun yolu məhz müraciətinizi etdiyiniz təqdimat portalıdır. Təqdimatların qəbulu 12 yanvar 2026-cı il tarixində başa çatacaqdır.

Həmçinin diqqətinizə çatdırırıq ki, bu sorğu üçün vaxt məhdud olduğuna görə Komitə yalnız mövzu üzrə mütəxəssislərdən və təşkilatlardan (o cümlədən icma təşkilatlarından) daxil olan təqdimatları dərc edəcəkdir. Təqdimatlar mütləq şəkildə sorğunun Səlahiyyət Çərçivəsinə (Terms of Reference) istinad etməlidir.

Təqdimatın hazırlanması ilə bağlı əlavə məlumat arayış üçün əlavə olunmuşdur. Ümid edirəm ki, bu məlumat Sizə kömək edəcəkdir.

Hörmətlə,

Carly McKenna

Komitə meneceri

Qeyd edək ki, sayın Mikayil bəy Oyta Azərbaycan və Türkiyəyə qarşı erməni, aysor və yunan icmalarının fitnəkarlığına mane olmaq üçün həmin prosesdə iştirak etməklə bağlı məktub yazıb. Məktubu təqdim edirik:

Həmçinin yoxlayın

BMT-nin keçmiş silah müfəttişi: Bütün zənginləşdirilmiş uran İrandan çıxarılmalıdır

GADTB: Channel 12 telekanalının yaydığı məlumata görə, BMT-nin keçmiş nüvə müfəttişi və “Elm və Beynəlxalq …

ABŞ qüvvələri Oman körfəzində İranın “Hosna” neft tankerini hədəfə alıb

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı İran bayrağı altında üzən boş neft tankerini Oman dənizində hədəfə aldığını …