Cümə , Sentyabr 18 2026
azfa

Avropa İttifaqı İran İnqilab Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etdi

GADTB: Avropa İttifaqı (Aİ) rəsmi şəkildə İran İnqilab Keşikçilər Korpusunu — SEPAH-ı özünün terror təşkilatları siyahısına daxil edib. Bu qərarı Aİ-nin xarici siyasət üzrə məsulu Kaya Kalas açıqlayıb.

Bu addım İran İslam Respublikası üzərindən siyasət və humanitar hüquq sahəsində artan beynəlxalq təzyiqlərin bir hissəsi olaraq atılıb. Aİ bu qərarı qəbul edərkən əsas narahatlıq məqamları aşağıdakılardır:

SEPAH-ın daxildə etiraz aksiyalarının yatırılmasında rolu və bunun nəticəsində genişmiqyaslı insan hüquqları pozuntuları;

Beynəlxalq hüquğa zidd regional fəaliyyətlər və sabitsizlik yaradıcı addımlar;

Aİ daxilində səslənən narahatlıqların artması.

Nəticələri nə ola bilər?

SEPAH-ın terror təşkilatı kimi tanınması Aİ tərəfindən ciddi nəticələrə səbəb olacaq, o cümlədən:

Yeni məhdudlaşdırıcı sanksiyalar və bu sanksiyaların daha sərtləşdirilməsi;

Maliyyə aktivlərinin dondurulması, SEPAH-la əlaqəli şəxslər və qurumlara qarşı daha geniş tədbirlər;

İqtisadi və diplomatik təcrid tədbirlərinin daha da gücləndirilməsi.

İran Xarici İşlər Naziri Əbbas İraqçi isə 9 bəhmən tarixində verdiyi bəyanatda Aİ-nin bu qərarını səhv strateji addım adlandırıb. O bildirib ki, SEPAH-ın terror təşkilatı kimi tanınması Avropa ilə İran arasında münasibətlərə zərər verəcək və bu mövqenin İranın maraqlarına zidd olduğunu vurğulayıb.

Həmçinin yoxlayın

Razılıq almaq və rəsmi rəvayəti təhrif etmək üçün saxlanılan yeniyetmənin ailəsinə təzyiq və təhdidlər olur

GADTB: Təbrizdə bir yeniyetməyə polis əməkdaşlarının kobud və alçaldıcı davranışını əks etdirən görüntülərin yayılmasından sonra …

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …