Çərşənbə , Oktyabr 14 2026
azfa

ABŞ İran rəsmiləri və onların ailələri üçün olan imtiyazları ləğv edəcək

GADTB: Dünən ABŞ Dövlət Departamenti İranın yüksək vəzifəli rəsmiləri və onların ailə üzvləri üçün Amerikaya səfərlə bağlı imtiyazların ləğv ediləcəyini açıqlayıb.

Dövlət Departamentinin “X” hesabında paylaşılan məlumata görə, Dövlət katibi Marko Rubio bu həftə İran rəsmiləri və onların ailə üzvlərinin ABŞ-da qalmasına imkan verən imtiyazların ləğvi ilə bağlı hərəkətə keçib.

Qurumun açıqlamasında bildirilir ki, İran xalqı əsas hüquqları uğrunda mübarizəsini davam etdirdiyi bir vaxtda, İran hakimiyyətinin siyasətindən faydalanan şəxslərin ABŞ-nin miqrasiya sisteminin üstünlüklərindən yararlanması xoş qarşılanmır.

Açıqlamada qərarın konkret olaraq hansı imtiyazlara şamil olunduğu barədə detallı məlumat verilməyib. Məhdudiyyətlərin yalnız viza güzəştlərinə, yoxsa daimi yaşayış icazəsi (Green Card) və ya digər miqrasiya imkanlarına da aid olub-olmadığı hələlik açıqlanmır. / Azad İran

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …