Şənbə , Aprel 25 2026
azfa

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs edilən siyasi məhbus Abbas Lisaninin vəziyyəti daha da ağırlaşıb və o hərəkət qabiliyyətini tamamilə itirmək təhlükəsi ilə üzləşib.

Bu barədə insan haqları fəalları həbsxanadakı mənbələrə istinadən məlumat yayıblar.

Məlumata görə, bundan əvvəlki həbs dövrlərində ağır şərayitdə saxlanıldığı üçün belindən zədələnən və bir neçə dəfə əməliyyat olunan Lisaninin sağlıq durumu dahada kəskinləşib.

“Buna səbəb həm də son dəfə həbs edilən zaman məmurların onu ağır şəkildə döyməsi, məqsədli şəkldə zədəli olan bel nahiyəsinə rezin dəyək və təpiklə zərbələr endirmələri olub”,- məlumatda bildirilib.

İnsan haqları fəallarının sözlərinə görə, Abbas Lisaninin ağır vəziyyətdə olmasına, normal hərəkət etmək iqtidarında olmamına baxmayaraq, onun müalicəsinə icazə verilməməsi siyasi məhbusa qarşı uzun müddətli işkəncə növüdür.

“Azərbaycanlı məhbusun acınacaqlı vəziyyətdə saxlanılmasına, davamlı təzyiq və işkəncəyə məruz qalmasına baxmayaraq, hətta mərkəzçi farsdilli müxalif medianın və insan haqları təşkilatlarının bunu işıqlandırmaması azərbaycanlılara qarşı ayrı-seçkilik münasibətinin nümunsi kimi də dəyərləndirilə bilər”,- deyə, yerli insan haqlaı fəalları farsdilli media və qurumların Lisaniyə qarşı təzyiqlər qarşısında susmalarını qınayıblar.

Qeyd edək ki, Abbas Lisani, Əli xeyrucu, Behzad Dəşti və Yusif Kari noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən güney azərbaycanlı məhbs fəallara dəstək üçün oturaq aksiya keçirdikləri vaxt həbs ediliblər.

Bir müddət əvvəl Behzad Dəşti və Əli Xeyrcu girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də Abbas Lisani və Yusif kari Evin həbsxanasındakı 209 saylı istintaq təcridxanasına, 2025-ci ilin dekabr ayının 31-də isə həbsxananın 7-ci karantin bölməsinə köçürülüblər.

Onlara qarşı “qanunsuz qrupa üzv olmaq”, “ölkənin milli təhlükısizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “ictimai asayişi pozmaq” ittihamları irəli sürülüb.

Adı çəkilən fəalların hamısı bundan əvvəl də dinc mədəni və milli fəaliyyətlərinə görə bir neçə dəfə həbs olunublar.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …