Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib.

Mehdi Mehdizadənin ailəsinə yaxın mənbələr bildiriblər, həbsdən bəri onun harada olduğu, fiziki vəziyyəti və ya hüquqi statusu barədə heç bir məlumat əldə edilməyib və ailənin müraciətləri nəticəsiz qalıb.

Mehdi Mehdizadə Ərdəbildə tanınmış idman xadimidir və “Mester Fit” fitness klubunu idarə edir.

Azərbaycanlı fəalın ailəsi və qohumları məlumat çatışmazlığının davam etməsindən və telefon zənglərinə çıxışın olmamasından narahatlıqlarını xüsusi olaraq vurğulayıblar.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …