
QADTB: İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəkləndiyi bildirilən terrorçu və beynəlxalq narkotik maddə kartelinin rəhbəri Naci Şərifi Zindəşti Kanadanın Xarici İşlər Nazirliyi tərəfindən sanksiya siyahısına salınıb. Bildirilir ki, bu sanksiyalar onun “İran dövlət qurumları ilə əlaqələri”nə, eləcə də İran daxilində və xaricində tənqidçilərə və insan hüquqları müdafiəçilərinə qarşı zorakılıq və repressiya fəaliyyətlərində roluna görə tətbiq edilib.
Kanadanın Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan rəsmi bəyanatda qeyd olunur ki, Ottawa bu sanksiyaları həmfikri olan beynəlxalq tərəfdaşlarla koordinasiya şəklində, “transmilli repressiya, zorakılıq və repressiv fəaliyyətlər” adlandırılan hallara qarşı mübarizə məqsədilə həyata keçirir.
Məlumata görə, terrorçu və beynəlxalq narkotik kartelinin üzvü kimi tanınan Naci Şərifi Zindəştinin adı sanksiya edilən şəxslər siyahısının ön sırasında yer alır. Kanada rəsmilərinin bildirdiyinə görə, bu, ona qarşı tətbiq edilən dördüncü beynəlxalq sanksiya dalğasıdır və o, İranın təhlükəsizlik qurumları ilə əməkdaşlıqda ittiham olunur.
Qeyd olunur ki, Naci Zindəşti bundan əvvəl də insan hüquqlarının pozulması, siyasi qətllər və İran İslam Respublikasının müxaliflərinə qarşı repressiv fəaliyyətlərdə iştirakı səbəbilə Avropa İttifaqı, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları tərəfindən sanksiyalara məruz qalmışdı.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi