Bazar ertəsi , Aprel 27 2026
azfa

Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Qoşaçayda Cəlal Kudirlu ilə görüşüblər

GADTB: Azərbaycan Milli Hərəkatının bir qrup fəalı bu gün Təbrizdən və Qoşaçay (Miyandab) rayonundan Cəlal Kudirlinin evində toplaşaraq onunla görüş keçiriblər.

Görüş Cəlal Kudirlinin Qoşaçay həbsxanasından girov qarşılığında azadlığa buraxılmasından bir gün sonra baş tutub.

Görüş iştirakçıları Cəlal Kudirlinin azadlığa çıxmasından məmnunluqlarını ifadə edərək, dinc fəaliyyət çərçivəsində milli və vətəndaş tələblərinin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşün səmimi ab-havada keçdiyi bildirilir. İştirakçılar həmçinin fəallar arasında həmrəyliyin gücləndirilməsi, siyasi məhbuslara və onların ailələrinə dəstəyin vacibliyini önə çəkiblər.

Qeyd edək ki, Cəlal Kudirli Arəş Kəhbər ilə birlikdə dünən girov müqabilində Qoşaçay həbsxanasından azad ediliblər.

Həmçinin yoxlayın

Dörd ayda 612 məhbus edam edilib

GADTB: 2026-cı ilin ilk dörd ayında İran həbsxanalaında ən azı 612 məbus edam edilib. Bu …

Donald Trump: “İranın neft saxlama imkanları tükənir, infrastruktur yaxın günlərdə çökə bilər”

GADTB: ABŞ prezidenti Donald Trump bildirib ki, tətbiq olunan dəniz mühasirəsi nəticəsində İranın neft saxlama …