Cümə axşamı , May 14 2026
azfa

Cüney Azərbaycan şəhərlərində İranın hərbi obyektlərinə hücumlar gecə boyu davam edib

GADTB: Gecə boyu son saatlarda Cənubi Azərbaycanın bir sıra şəhərlərində hərbi və təhlükəsizlik obyektlərinə hücumlar həyata keçirildiyi bildirilir.

Məlumatlara görə, Təbriz şəhəri bir neçə dəfə hava hücumuna məruz qalıb. Şahidlərin sözlərinə görə, şəhərin müxtəlif nöqtələrində ardıcıl partlayış səsləri eşidilib. Hücumlar nəticəsində şəhərin bəzi hissələrində elektrik enerjisinin kəsildiyi bildirilir. Hədəflərin dəqiq ünvanları, mümkün itkilər və dağıntılar barədə rəsmi məlumat açıqlanmayıb.

Urmiya şəhərinin də yenidən hava hücumuna məruz qaldığı bildirilir. Məlumata görə, İmam Əli bulvarı (Qoyun Körpüsü) ətrafında partlayışlar baş verib. Şahidlər partlayış səsləri ilə yanaşı, şəhər üzərində təyyarə və pilotsuz uçuş aparatlarının hərəkət etdiyini qeyd ediblər.

Urmiya şəhərində “9 Pillə” adlanan ərazidə yerləşən polis qüvvələrinin informasiya-mühafizə binasının da hücuma məruz qaldığı iddia olunur. Şahidlər bir neçə raketin obyektə dəydiyini və partlayışların ətraf yaşayış binalarında hiss olunduğunu bildirirlər.

Bundan əlavə, gecə saat 01:05 radələrində Urmiyada raket hücumu nəticəsində Ordu küçəsi ətrafının dörd raketlə vurulduğu, ərazidə yerləşən hərbi obyektlərin zərər gördüyü iddia edilir. Yerli mənbələr yaxınlıqdakı bəzi inzibati və xidmət obyektlərinin də ziyan çəkdiyini bildirir.

Suldus şəhərində də bir neçə nöqtənin hava hücumuna məruz qaldığı, o cümlədən şəhər polis komandanlığının qərargahının hədəf alındığı barədə məlumatlar yayılıb. Şahidlər çoxsaylı partlayış səsləri və şəhər üzərində uçan obyektlər gördüklərini bildiriblər.

Eyni zamanda, Sayınqala şəhərində sənaye qəsəbəsi istiqamətində, o cümlədən şəkər zavodu ətrafının hədəf alındığı iddia edilir.

Məlumatlarda Azərşəhr, Zəncan, Kərəc və Həmədan şəhərlərinin də dəfələrlə bombardmana məruz qaldığı qeyd olunur.

Hazırda hadisələrlə bağlı rəsmi qurumlar tərəfindən ətraflı və təsdiqlənmiş məlumat yayılmayıb.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …