Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp: İranın xəritəsi müharibədən sonra dəyişə bilər

GADTB: ABŞ prezidenti Donald Trump bildirib ki, İranla bağlı baş verən hadisələrdən sonra ölkənin siyasi və coğrafi xəritəsi dəyişə bilər.

Jurnalistin “Bu hadisələr başa çatdıqdan sonra İranın xəritəsinin indiki kimi qalacağını düşünürsünüzmü?” sualına cavab verən Tramp, bununla bağlı hələ dəqiq fikir söyləyə bilmədiyini deyib.

“Hazırda bunu deyə bilmərəm. Yəqin ki, yox”, – deyə o qeyd edib.

Tramp daha sonra əlavə edib ki, ABŞ kürdlərin İrana qarşı mümkün əməliyyatlara cəlb olunmasını istəmir. Onun sözlərinə görə, kürdlərin bu əməliyyatlarda, xüsusilə də quru əməliyyatlarında iştirak etməsi planlaşdırılmır.

Qeyd edək ki, ola bilsin Tramp İraq kürdlərini nəzərdə tutur.

Tramp həmçinin vurğulayıb ki, ABŞ-ın mümkün hərbi əməliyyatlarından sonra İranın mövcud siyasi xəritəsində dəyişiklik ehtimalı istisna edilmir.

Eyni zamanda Trampın İranın körfəzdə Xark adasını tutma planı olduğu bildirilir.

Həmçinin yoxlayın

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …