Çərşənbə , Oktyabr 14 2026
azfa

Türkiyədən İrana sərt xəbərdarlıq

GADTB: Dünən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İran tərəfindən baş verən hücumları şərh edərkən bildirib ki, İranda hazırda vahid qərar qəbuletmə sistemi mövcud deyil. O, İranda mövcud vəziyyəti gərgin adlandırıb və fərqli strukturlara doğru dəyişikliklərin getdiyini qeyd edib.

Türkiyənin vitse-prezidenti vurğulayıb ki, ölkəsi ənənələrə malik dövlət olaraq emosiyalara əsaslanmadan, hadisələri çoxölçülü təhlil edir və müsbət- mənfi tərəflərini, həmçinin uzunmüddətli nəticələrini qabaqcadan dəyərləndirir.

O, əlavə edib: “Buna görə də biz bu hadisəni soyuqqanlılıqla qiymətləndiririk. Dəfələrlə bildirmişik və xəbərdarlıq etmişik ki, bu baş verməməli idi. Ümid edirik ki, bir daha təkrar olunmayacaq”.

Yılmaz qeyd edib ki, Türkiyə NATO ölkəsi olaraq və müstəqil şəkildə, hər cür təhdidlərə qarşı tədbirlər görməyə davam edəcək.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …