Çərşənbə , Oktyabr 14 2026
azfa

İran dandı: Türkiyə, Azərbaycan və Kiprə hücumların arxasında biz dayanmırıq

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü son günlər Türkiyə, Azərbaycan və Kiprə qarşı həyata keçirildiyi bildirilən hücumlarda Tehranın iştirakını qəti şəkildə rədd edib və qonşu ölkələri tələsik nəticə çıxarmamağa çağırıb.

Nazirliyin sözçüsü İsmayıl Bəqayi bildirib ki, region ölkələri bu hadisələrlə bağlı “tələsik mühakimələr yürütməməlidirlər”. Onun sözlərinə görə, İsrail illər ərzində dəfələrlə “saxta bayraq” adlandırılan əməliyyatlar həyata keçirib və sonradan bu əməliyyatların məsuliyyətini üzərinə götürməyib.

Bəqayi əlavə edib ki, İsrailin İranla qonşu ölkələr arasında fikir ayrılığı yaratmaq məqsədilə bəzi əməliyyatları planlaşdırıb həyata keçirməsi ehtimalı da mövcuddur.

O həmçinin qeyd edib ki, İran silahlı qüvvələri rəsmi şəkildə açıqlayıb ki, Türkiyə, Azərbaycan və Kiprə qarşı həyata keçirildiyi bildirilən hücumlar İran tərəfindən təşkil olunmayıb.

Sonda İran XİN sözçüsü region ölkələrini “ayıq-sayıq olmağa və tələsik nəticələr çıxarmamaq” çağırışı ilə müraciət edib.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …