Çərşənbə axşamı , İyun 16 2026
azfa

Azərbaycanlı siyasi fəal Əyyub Şiri Təbriz həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı siyasi fəal Əyyub Şiri çərşənbə axşamı, 11 fərvərdin tarixində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılmışdı.

Ailəsinin dəfələrlə müraciət etməsinə baxmayaraq, ilk günlərdə onun vəziyyəti, saxlanıldığı yer və həbs səbəbi barədə heç bir rəsmi məlumat verilməmiş, bu isə onun taleyi ilə bağlı narahatlıqları artırmışdı.

Lakin ailəyə yaxın məlumatlı mənbənin bildirdiyinə görə, Əyyub Şiri bu həftənin əvvəlində Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

Xəbərin hazırlandığı vaxta qədər onun sağlamlıq vəziyyəti, saxlanma şəraiti və barəsində irəli sürülə biləcək ittihamlar barədə hələ də dəqiq məlumat açıqlanmayıb.

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …