Şənbə , Oktyabr 17 2026
azfa

Şahbaz Şərif atəşkəsin pozulduğunu açıqlayıb

GADTB: Yaxın Şərqdə münaqişə zonası boyu bir sıra yerlərdə atəşkəsin pozulma halları qeydə alınıb.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.

O, tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

“Bu, sülh prosesinin ruhunu zədələyir. Diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı rol oynaya bilməsi üçün bütün tərəfləri razılaşdırıldığı kimi, iki həftə ərzində təmkinli olmağa və atəşkəsə riayət etməyə çağırıram”, – o qeyd edib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə telefon danışığı zamanı İsrailin atəşkəsi pozduğunu bildirib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …