
GADTB: Al Jazeera telekanalı ABŞ-ın Yaxın Şərq istiqamətində hərbi aktivliyinin artması fonunda yük təyyarələrinin uçuşlarının kəskin şəkildə çoxaldığını bildirib.
Məlumata görə, açıq mənbələr və aviasiya məlumatlarının təhlili göstərir ki, Almaniyadan Yaxın Şərqə doğru qurulan hərbi “hava körpüsü” son bir həftə ərzində fasiləsiz şəkildə davam edib.
Hesabatda qeyd olunur ki, təkcə 12–18 aprel tarixləri arasında ABŞ ordusuna məxsus ən azı 124 tam yüklü hərbi nəqliyyat reysi Almaniyadan region istiqamətində həyata keçirilib. Uçuşların dinamikası göstərir ki, daşınmaların intensivliyi 12 aprel tarixində pik həddə çatıb və daha sonra şənbə günü yenidən artım qeydə alınıb.
Bu proses Yaxın Şərq regionunda gərginliyin artdığı bir dövrdə baş verir. Xüsusilə, İslamabad şəhərində keçirilən və 22 aprel tarixində baş tutan Vaşinqton–Tehran danışıqlarının ilk mərhələsinin nəticəsiz qalması fonunda bu hərbi hərəkətlilik diqqət çəkir.
Müşahidələr göstərir ki, mövcud şəraitdə yaxın günlərdə planlaşdırılan növbəti danışıqlardan da ciddi nəticə əldə olunacağına dair aydın perspektiv görünmür.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi