Cümə , Sentyabr 18 2026
azfa

“Mis-i Süngün” komandasının özəlləşdirilib, dövlət yardımından məhrum edilməsi ədalətsizlikdir

GADTB: Təbrizin molla rejimin parlamentdəki deputı Əlirza Novin deyib ki, Kirman Mis Şirkətinin 16 idman növündə komandaları olsa da Vərziğan şəhərinin “Mis-i Süngün” futbol klubunun özəlləşdirməyə verilməsi ayrı-seçkilikdir.

Əlirza Novin həmçinin Sənaye, Mədən və Ticarət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinə ünvanladığı yazılı xəbərdarlıqda İran Mis Şirkətinin “Mis-i Sönqün” futbol komandasını özəlləşdirməsi və Şərqi Azərbaycan vilayətində idmana dövlət dəstəyini dayandırmasına etiraz edib.

Novin bildirib ki, bu qərar Şərqi Azərbaycan Futbol Federasiyasının açıq etirazına baxmayaraq həyata keçirilir. Novin deyib: “Biz idmanda özəl sektorun sərmayə qoyuluşunu dəstəkləyirik, amma dövlət büdcəsinin ləğvi bahasına yox! Özəl sektorun bu sərmayəsi Təbriz Maşınsazi komandası üçün istifadə oluna bilərdi.”

Qeyd edək ki, Vərziğandakı Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədəni hesab olunur və İranın istehsal etdiyi misin 50 faizdən çoxu bu nəhəng mədəndən əldə edilir. İran hakimiyyəti bu mədəndə istehsal olunan misin Azərbaycanda emal olunmasına mane olur və xammal halında Kirmana göndərərək orada külçə misə çevirir. Bu nəhəng mədəninin gəlirləri isə İranın farsdilli mərkəzi vilayətlərinə yönəlir.

“Mis-i Süngün” futbol və futzal komandaları Azərbaycanın bu böyük mədəndən əldə etdiyi yeganə pay idi. İndi isə həmin komandalar da “özəlləşdirmə” bəhanəsi bu paydan məhrum edilib.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …