İran parlamenti rəsmisi: ABŞ və İsrail yenidən hücum edərsə, 90 faiz zənginləşdirmə gündəmə gələ bilər

GADTB: İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü bildirib ki, ABŞ və İsrail tərəfindən mümkün yeni hücum halında İran uranın 90 faizə qədər zənginləşdirilməsinə başlaya bilər.

Komissiya sözçüsü İbrahim Rzai “X” platformasında yazıb:

“ABŞ və İsrailin yenidən hücumu halında İranın variantlarından biri 90 faiz zənginləşdirmə ola bilər. Bunu parlamentdə müzakirə edəcəyik.”

Qeyd edək ki, uranın 90 faizə qədər zənginləşdirilməsi texniki baxımdan nüvə silahı istehsalı üçün lazım olan səviyyəyə çox yaxın hesab olunur və bu, beynəlxalq səviyyədə ciddi narahatlıq yaradan həssas bir hədd kimi qiymətləndirilir.

Bu açıqlama, İranın nüvə proqramı və mümkün müharibə ssenariləri ilə bağlı gərginliyin davam etdiyi bir dövrdə səsləndirilib.

Həmçinin yoxlayın

Molla rejimi dəniz blokadasının ləğv edilməsini danışıqlar masasına qayıtmaq üçün şərt kimi irəli sürüb

GADTB: ABŞ-nin aralıq seçkilərindən sonra mümkün müharibənin qarşısını almaq üçün Qətər vasitəçiləri Tehran və Dohada …

Tramp: İran hakimiyyəti razılaşmaya gəlir, sonra isə ona əməl etmir; onlara etibar etmək olmaz

GADTB: ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində İran İslam Respublikası rejiminin ABŞ-la razılaşmaq istədiyini bildirib, …