Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimi Zəncanda azərbaycanlı fəal Məhəmməd Malikini həbs edilib

GADTB: Azərbaycanlı fəal Məhəmməd Maliki Zəncandakı evində saxlanılaraq, naməlum yerə aparılıb.

Onun saxlanılmasından 5 gündən çox vaxt keçməsinə baxmayaraq, taleyi barədə hələ də heç bir məlumat yoxdur.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Məhəmməd Malikinin saxlanılması üçün gələn məmurlar ailəsini təhdid edərək “artıq Məhəmmədi görməyəcəksiniz” deyiblər. Hazırda ailə saxlanılan fəalın həyatı ilə bağlı ciddi narahatlıq keçirir.

Əldə olunan məlumatlara əsasən, Məhəmməd Malikini saxlayan qurum Zəncan Kəşfiyyat İdarəsi olub. Bildirilir ki, onun saxlanılması zorakılıqla müşayiət olunub və o, məmurlar tərəfindən döyülüb.

Məhəmməd Maleki keçmiş siyasi məhbusdur. O, daha əvvəl “rejim əleyhinə təbliğat”, “milli təhlükəsizliyə qarşı fəaliyyət məqsədilə toplaşma və sövdələşmə” və “ölkə təhlükəsizliyini pozmaq məqsədilə qrup yaratmaq” ittihamları ilə 10 il 3 ay həbs cəzasına məhkum edilmişdi.

O, bundan əvvəl də Zəncan şəhərində “qurğuşun və sink mədəninin yaratdığı hava çirkliliyinə” qarşı keçirilən etirazlarla bağlı saxlanılmışdı.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …