Çərşənbə , Avqust 12 2026
azfa

Köçəryan etiraf etdi: “44 günlük müharibədə silahları İranın hava məkanı ilə alırdıq”

GADTB: Dünən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün istifadə olunan əsas marşrutlardan biri İranın hava məkanı olub.

 “Sülhə can atsaq da, bu gün hələ də lazım gələrsə istifadə edə bilməyəcəyimiz silahlar alırıq. Məsələn, Fransa artilleriyası yaxşıdır, amma mərmisiz artilleriya sadəcə metal qırıntısıdır – bir neçə ton metal. İndi xəritəyə baxın: bu mərmiləri Fransadan necə idxal etməli, Ermənistana hansı yolla çatdırmalısınız? Bir şeyi xatırlatmaq istəyirəm”.

Sitat: “44 günlük müharibə zamanı yalnız İranın hava məkanı bu cür yüklər üçün açıq idi. İndi İran ətrafında baş verənlər vəziyyəti dəyişib. Bu isə o deməkdir ki, artıq İranın hava məkanı da NATO üzvü olan Fransadan gələn yüklər üçün bağlanacaq“.

Köçəryan bildirir ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün yalnız bir ölkə – İran öz hava məkanını veribmiş. İndi isə İran ətrafında gedən hadisələrə görə bu yol da bağlı olacaq. /Azad İran

Həmçinin yoxlayın

Ərdəbildə üç kafe qapadılıb, 16 nəfər saxlanılıb

GADTB: Ərdəbildə də şəhər prokurorunun müavini üç kafeyə möhür vurulduğunu və 16 nəfərin saxlanıldığını açıqlayıb. …

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir və bu nəzarəti qoruyacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp çərşənbə günü, 21 mordadda “Truth Social” platformasında yazıb ki, ABŞ …