Tramp: Vaşinqtonun İrana qarşı səbri məhduddur, Tehran razılaşma üçün addım atmalıdır

GADTB: ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlı səbrinin məhdud olduğunu bildirib və Tehranın razılaşmaya nail olmaq üçün addım atmalı olduğunu deyib.

ABŞ prezidenti “Fox News” telekanalına müsahibəsində bildirib: “Mən artıq çox səbirli olmayacağam. İran razılaşmalıdır.”

Tramp ABŞ-ın İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etməyə çalışması ilə bağlı da danışıb. O qeyd edib ki, bu məsələ təhlükəsizlikdən daha çox siyasi və təbliğat xarakteri daşıya bilər.

“Bunun zəruri olduğunu düşünmürəm, yalnız ictimai rəy baxımından əhəmiyyətli ola bilər. Əlbəttə, əgər o material mənim nəzarətimdə olsa, özümü daha rahat hiss edərəm”, – deyə Tramp vurğulayıb.

Bu açıqlamalar ABŞ-ın İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılması və daxili zənginləşdirmə fəaliyyətinin dayandırılması tələblərini davam etdirdiyi bir vaxtda səsləndirilib. İran İslam Respublikası isə bu tələbləri rədd edir və nüvə proqramının qeyri-hərbi məqsədlər daşıdığını bildirir.

Eyni zamanda, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi yaxın günlərdə açıqlamasında bildirmişdi ki, ölkəyə yenidən hücum ediləcəyi təqdirdə, 90 faiz zənginləşdirmə Tehran üçün mümkün variantlardan biri ola bilər.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …