Cümə axşamı , Sentyabr 17 2026
azfa

Tramp ABŞ qüvvəlrinin 2 günə İranı məhv edə biləcəyini deyir

GADTB: Donald Tramp “Foks Nyus” telekanalına müsahibəsində deyib ki, Vaşinqtonun istədiyi təqdirdə İranı qısa müddətdə ağır şəkildə məhv edə bilər.

Tramp bildirib ki, İranı zəif hesab etmir, lakin ABŞ istəsə, iki gün ərzində ölkəyə ciddi zərbə endirə bilər. O, həmçinin İran tərəfini danışıqlarda etibarsız və qeyri-normal davranmaqda ittiham edib.

ABŞ Prezidenti deyib ki, İran rəsmiləri əvvəlcə Vaşinqtonun bütün tələblərini qəbul etməyə hazır olduqlarını bildirirlər, lakin daha sonra əvvəlki danışığı inkar edirmiş kimi davranırlar.

“Bu, yəqin ki, beş dəfə baş verib. Onlarda bir problem var”, – deyə Tramp vurğulayıb.

Həmçinin yoxlayın

İran kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum üsulundan istifadə edir

GADTB: Molla rejimin kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum …

Sayın Sara xanım Azərsun Türkiyənin Sidneydəki konsulu sayın Bəlgin xanım Ərgünəşə məktubla müraciət etdi

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …