Bazar ertəsi , May 18 2026
azfa

Yeni işsizlik dalğası ilə bağlı xəbərdarlıq: yüz minlərlə işçi işdən çıxarıla bilər

GADTB: Rejim parlamentinin Sosial Komissiyasının sədri Əli Babayi Karnami son müharibədən sonra işsizliyin sürətlə artdığını bildirib və xəbərdarlıq edib ki, hesablamalara əsasən 220 mindən 400 minədək işçi işini itirə bilər.

O, əmək bazarındakı vəziyyəti böhran adlandıraraq, koronavirus dövründə olduğu kimi işçilərə birbaşa maliyyə dəstəyinin təcili şəkildə həyata keçirilməsini tələb edib. Onun sözlərinə görə, işçilərin hesablarına yardım ödənişlərinin köçürülməsi işçi və işəgötürən arasında əmək münasibətlərinin qorunmasına kömək edə bilər.

Əli Babayi Karnami həmçinin vurğulayıb ki, hökumət lazımi göstəriş və qərarları gecikdirmədən vilayətlərə göndərməlidir.

O bildirib ki, indiyədək 220 mindən çox şəxs işsizlik sığortası üçün müraciət edib, lakin yalnız təxminən 42 min nəfər üçün ödəniş təyin olunub.

Həmçinin yoxlayın

Təbrizdə Apellyasiya Məhkəməsi 13 azərbaycanlı fəal barəsində çıxarılan hökmləri qüvvədə saxlayıb

GADTB: Təbriz Apellyasiya Məhkəməsi 13 milli-mədəni Azərbaycan fəalı barəsində çıxarılan hökmləri dəyişiklik etmədən təsdiqləyib. Sözügedən …

Tramp: İran tez bir zamanda razılaşmasa, ondan heç nə qalmayacaq

GADTB: ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, İranın vaxtı çox azdır və əgər …