Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşırlar. Məqsəd Çin və Rusiya-nı sənədin veto edilməməsinə razı salmaqdır.

Məlumata görə, Körfəz Əməkdaşlıq Şurası baş katibinin müavini Əbdüləziz əl-Üveyşiq Tehran tərəfindən Hörmüz boğazının bağlanmasını “böyük səhv” adlandırıb və İranın qonşu ölkələrə qarşı genişmiqyaslı təhdidlərinin etimad mühitini dağıtdığını bildirib. O qeyd edib ki, coğrafi şərait təşkilat üzvlərini Tehranla münasibətləri davam etdirməyə məcbur edir. Bununla yanaşı, gələcəkdə əldə olunacaq hər hansı razılaşmanın İranın nüvə proqramı, raket fəaliyyəti və regiondakı müdaxilələri məsələlərini də əhatə etməli olduğunu vurğulayıb.

Diplomatik təşəbbüsün, Donald Trumpın Ağ Evin Situasiya otağında təhlükəsizlik müşavirəsi keçirməsi fonunda gündəmə gəldiyi bildirilir. “Keyhan” qəzetinin təhdid xarakterli açıqlamaları və SEPAH-ın Hörmüz bölgəsində paralel addımlarından sonra Körfəz monarxiyalarının strategiyalarını dəyişərək ortaq hərbi komandanlığın gücləndirilməsi, kəşfiyyat şəbəkələrinin genişləndirilməsi, erkən xəbərdarlıq sisteminin qurulması və vahid hava hücumundan müdafiə sisteminin yaradılmasına yönəldikləri qeyd olunur.

Müşahidəçilərin fikrincə, Körfəz ölkələri arasında müdafiə sahəsində yaxınlaşma göstərir ki, ərəb dövlətləri diplomatiyadan sonrakı mümkün ssenariyə və Tehranla bağlı təhdidlərin geniş şəkildə qarşısının alınmasına hazırlaşırlar.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “TBA TV“də “Tehran Azərbaycana qarışır – Bakının İrana qarşı hansı kozırları var?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Körfəz Əməkdaşlıq Şurasının baş katibi: İran İslam Respublikası rejimi müharibənin tərəfi olmayan ölkələrə hücum edib

GADTB: Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Bədəvi 2026-cı il oktyabrın 31-də …