Cümə , Sentyabr 18 2026
azfa

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Küveyt sahillərinə qədər çatıb. Hadisə körfəzdə genişmiqyaslı ekoloji fəlakət təhlükəsini gündəmə gətirib və bölgədə yaranan ağır vəziyyətə dair narahatlıqları artırıb.

Böhran son günlərdə Xarg adasından yayılan videogörüntülərlə daha da diqqət çəkib. Vətəndaşlar tərəfindən lentə alınan kadrlarda sahillərin böyük hissəsinin neft ləkələri ilə örtüldüyü görünür. Görüntülərdə milyonlarla dəniz ilbizi, xərçəng, tısbağa, quş və digər sahil canlılarının qalın neft təbəqəsinin içində qalaraq məhv olduğu əks olunur.

Məlumata görə, neft çirklənməsi Xarg adası ətrafındakı dəniz həyatına ciddi zərbə vurub və bölgənin bəzi hissələrini dəniz canlılarının “səssiz məzarlığına” çevirib.

Ekologiya üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, neft sızmasının davam etməsi və vəziyyətlə bağlı şəffaf, təcili tədbirlərin görülməməsi bütün Fars körfəzi üçün bərpası çətin olan nəticələr doğura bilər. Bir çox ekspertlər baş verənləri adi çirklənmə deyil, “təbiətin kütləvi məhvi” kimi qiymətləndirirlər.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …