Cümə axşamı , May 21 2026
azfa

“Ekbatan şəhərciyi” işi üzrə altı təqsirləndirilən şəxsə yeni həbs hökmləri çıxarılıb

GADTB: Tehran əyaləti üzrə Birinci Cəza Məhkəməsinin 13-cü şöbəsi “Ekbatan şəhərciyi” işi üzrə təqsirləndirilən altı nəfər haqqında yeni hökmlər çıxarıb və qərarlar onların vəkillərinə təqdim olunub. İş 1401-ci ilin aban ayında keçirilən ümumi etirazlar zamanı Bəsic üzvü Arman Əlivərdinin öldürülməsi ilə bağlıdır.

Yayılan məlumatlara görə, Milad Armun, Əlirza Kəfayi və Əmirməhəmməd Xoşiqbal “qəsdən adam öldürmədə iştirak” ittihamı ilə hər biri 5 il müddətinə həbs cəzasına və tam insan diyəsinin müəyyən hissəsinin ödənilməsinə məhkum ediliblər.

Bununla yanaşı, Əlirza Bərmərziyunək, Hüseyn Neməti və Nəvid Nəccaran “yetərli sübut olmadığı” əsas gətirilərək qəsdən adam öldürmədə iştirak ittihamından bəraət alıblar.

Qeyd olunur ki, bundan əvvəl Tehran Cəza Məhkəməsinin 13-cü şöbəsi 1403-cü ilin aban ayında həmin altı nəfərin hamısı haqqında edam hökmü çıxarmışdı. Lakin hökmlər 1404-cü ilin şəhrivər ayında Ali Məhkəmə tərəfindən ləğv edilmiş və iş yenidən baxılması üçün eyni səviyyəli başqa məhkəmə şöbəsinə göndərilmişdi.

“Ekbatan şəhərciyi” işi 1401-ci ildəki ümumi etirazlarla bağlı ən səs-küylü məhkəmə işlərindən biri hesab olunur. Arman Əlivərdinin Tehrandakı Əkbatan şəhərciyində öldürülməsindən sonra həmin ərazinin onlarla sakini saxlanılmış və bir sıra şəxslər barəsində cinayət işi açılmışdı.

Qeyd edək ki, Milad Aremun azərbaycanlı gəncdir və o da haqsız olaraq cəzalandırılır.

Həmçinin yoxlayın

Molla rejimin rəhbəri zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına qarşı çıxıb

GADTB: Reuters-in məlumatına görə, İran rəhbərliyi yaxın silah dərəcəsinə çatmış zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmaması …

Şərif Sənaye Universitetinin rektoru: “Urmiya gölü bərpa olunmayıb”

GADTB: Şərif Sənaye Universitetinin rektoru Məsud Təcərişi bildirib ki, Urmiya gölü hələ də bərpa olunmayıb. …