Cümə axşamı , İyul 16 2026
azfa

Azərbaycanlı milli fəallar rejimin məhkəməsindən imtina ediblər

GADTB: Mayın 30-da Tehran İnqilab Məhkəməsinin 28-ci bölməsində azərbaycanlı milli fəallar Abbas Lisani, Yusif Kari, Əli Xeyrcu və Behzad Dəştinin məhkəmə iclası keçirilib.

Məlumata görə, Abbas Lisani, Yusif Kari və Əli Xeyrcu, bundan əvvəl də elan etdikləri kimi məhkəməni ədalətsiz və nümayişkaranə adlandırıb və məhkəmə iclasına qatılmaqdan imtina ediblər.

Məhkəmə iclasının nəticəsi və qərarı barədə hələlik məlumat verilməyib.

Fəalların məhkəmə iclasında iştirakdan imtina etmələri, həm də Yusif Karinin tələb olunan 6 milyard tümən girov qarşılığında müvəqqəti sərbəst buraxılması barədə verilən qanuni vədin yerinə yetirilməməsinə etiraz məqsədi daşıyıb.

Qeyd edək ki, Abbas Lisani, Əli xeyrucu, Behzad Dəşti və Yusif Kari 2025-ci il noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbs fəallara dəstək üçün oturaq aksiya keçirdikləri vaxt həbs ediliblər.

Bir müddət əvvəl Behzad Dəşti və Əli Xeyrcu girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də Abbas Lisani və Yusif kari Evin həbsxanasındakı 209 saylı istintaq təcridxanasına, 2025-ci ilin dekabr ayının 31-də isə həbsxananın 7-ci karantin bölməsinə köçürülüblər.

Onlara qarşı “qanunsuz qrupa üzv olmaq”, “ölkənin milli təhlükısizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “ictimai asayişi pozmaq” ittihamları irəli sürülüb.

Həmin azərbaycanlı fəalların hamısı bundan əvvəl də dinc mədəni və milli fəaliyyətlərinə görə bir neçə dəfə həbs olunublar.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Türkiyənin Sidneydəki konsulluğunda keçirilən tədbirə qatılıb

GADTB: Avstraliya Azərbaycan Assosiasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Sentkom: Böyük Tunb adasında rejimin sahil müdafiə sistemləri və raket obyektləri hədəfə alınıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı (Sentkom) İran İslam Respublikası rejiminin Böyük Tunb adasında yerləşən hərbi obyektlərinə …