Cümə axşamı , Oktyabr 15 2026
azfa

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin rəqabət qurumları rəhbərlərinin forumu keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının rəqabət qurumlarının rəhbərləri və yüksək vəzifəli nümayəndələri, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, eləcə də aidiyyəti dövlət qurumları və özəl sektor təmsilçiləri iştirak ediblər.

Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və TDT Baş katibinin müavini Merey Mukajan çıxış ediblər.

Çıxışlarda TDT-yə üzv ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinin, rəqabət siyasəti sahəsində əməkdaşlığın genişləndirilməsinin və ortaq fəaliyyət platformalarının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Bildirilib ki, forumun keçirilməsində əsas məqsəd üzv ölkələrin rəqabət siyasəti üzrə yanaşmalarının uyğunlaşdırılması, hüquqi və institusional təcrübə mübadiləsinin genişləndirilməsi, həmçinin regional əməkdaşlığın inkişafına töhfə verməkdir.

Tədbir çərçivəsində “Rəqabət siyasətinin formalaşdırılması TDT-nin hərəkətverici qüvvələrindən biri kimi: regional əməkdaşlıq” mövzusunda panel müzakirəsi keçirilib.

Müzakirələr zamanı rəqabət siyasətinin regional əməkdaşlıq kontekstində inkişaf etdirilməsi, rəqabət orqanları arasında koordinasiyanın gücləndirilməsi və TDT məkanında rəqabətqabiliyyətli vahid iqtisadi məkanın formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …