Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək

GADTB: Ermənistan artıq Gümrü–Axurik və Yerasx (Arazdəyən) dəmir yolu sahələrinin bərpasına yönəlmiş proseslərə başlayıb.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

“Bu işləri həyata keçirəcəyik. Dəmir yolunun qalan hissəsinə gəlincə isə, işgüzar müzakirələri davam etdirəcəyik, o cümlədən rusiyalı tərəfdaşlarımızla”, – Paşinyan deyib.

Baş nazir vurğulayıb ki, regiona beynəlxalq dəmir yolu marşrutlarının daxil olduğu bir vaxtda ölkə bu yolların Ermənistandan yan keçməsinə sadəcə müşahidəçi rolunda qala bilməz.

“Belə ola bilməz. Gəlin qeyd edək ki, bu yollar Ermənistan Respublikasının mülkiyyətidir və biz öz mülkiyyətimizi özümüz idarə etməliyik”, – Paşinyan əlavə edib.

Həmçinin yoxlayın

Molla rejimin Qeydiyyat İdarəsi azərbaycanlı körpəyə “Elxan” adına doğum şəhadətnaməsi verməkdən imtina edib

GADTB: Təbrizdə rejimin Vətəndaşlıq Vəziyyətin Qeydiyyatı İdarəsi artıq 79 gündür azərbaycanlı körpəyə “Elxan” adı ilə …

ABŞ–İran müharibənin başa çatdırılması razılaşmasında xalq etirazlarının yatırılması diqqətdən kənarda qalıb

QADTİB: ABŞ və İran arasında müharibəyə son qoyulması ilə bağlı əldə olunan razılaşma İranda insan …