Şənbə , İyul 25 2026
azfa

Molla rejimi bombalanmış nüvə obyektləri ətrafında müdafiə xarakterli fəaliyyətə başlayıb

GADTB: İrqçi fars-molla rejimi bombalanmış nüvə obyektləri ətrafında müdafiə xarakterli fəaliyyətə başlayıb.

Yayımlanmış yeni peyk görüntüləri Nətənz, Fordo və İsfahan nüvə obyektləri ətrafında logistik və müdafiə xarakterli dəyişikliklərin baş verdiyini göstərir.

JFeed xəbər saytının məlumatına görə, yüksək dəqiqlikli peyk şəkillərində obyektlər ətrafında dəstək texnikasının yerləşdirilməsi, bəzi yeraltı tunellərin girişlərində maneələrin qurulması və müdafiə infrastrukturunda dəyişikliklər müşahidə olunur.

Nətənz nüvə obyektində “Kələng Gəzla” dağı yaxınlığındakı yeraltı tunellərin qərb girişində bir neçə nəqliyyat və dəstək vasitəsi qeydə alınıb.

Fordo uranın zənginləşdirilməsi obyektinin peyk görüntülərində isə mühafizə olunan əraziyə aparan əsas yollarda yeni fiziki maneələrin yaradıldığı görünür.

İsfahan nüvə kompleksindən yayımlanan görüntülərdə də yeraltı tunellər şəbəkəsi ətrafında oxşar müdafiə dəyişikliklərinin olduğu qeyd edilir.

Qeyd edək ki, molla rejimi Beynəlxalq Nüvə Enerjisi Agentliyinin müfətişlərinin də həmin obyektlərə baxış keçirməsini qəbul etmir.

Həmçinin yoxlayın

Zelenski: Xəzər dənizində İranın hərbi yükləri ilə əlaqəli gəmiləri hədəf aldıq

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Ukrayna Silahlı Qüvvələri …

Axios: ABŞ və Böyük Britaniya Hörmüz boğazında dəniz koalisiyasının yaradılması üçün toplantı hazırlayır

GADTB: Axios portalının jurnalisti Barak Ravid iki avropalı diplomat və iki məlumatlı mənbəyə istinadən xəbər …