Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Ərdəbildə azərbaycanlı fəal Rəhim Qulaminin evində axtarış aparılıb, şəxsi əşyaları müsadirə edilib

GADTB: Ərdəbildə SEPAH-ın Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı yazıçı, tədqiqatçı və mədəni fəal Rəhim Qulaminin evinə daxil olaraq yaşayış yerində axtarış aparıb, onun mobil telefonu, kompüteri, noutbuku, elektron yaddaş daşıyıcıları, həmçinin əlyazmalarının və elmi-tədqiqat işlərinin bir hissəsini müsadirə ediblər.

Yayılan məlumatlara görə, bu əməliyyat tirin 20-də məhkəmə qərarı əsasında təqdim edilmiş axtarış orderi ilə həyata keçirilib. Bununla belə, məlumatlı mənbələr bildirirlər ki, əməkdaşlar görülən tədbirin səbəbləri barədə aydın izahat verməyiblər. Onlar elektron avadanlıqlarla yanaşı, bu vətəndaş fəalının Azərbaycan ədəbiyyatı, poeziya, folklor və topladığı lüğətlərlə bağlı yazılarını və araşdırmalarını da özləri ilə aparıblar.

Bu hadisə son həftələrdə müxtəlif şəhərlərdə azərbaycanlı vətəndaş və mədəni fəallara qarşı həbslərin, çağırışların, evlərdə aparılan axtarışların və təhlükəsizlik orqanlarının təzyiqlərinin artdığına dair çoxsaylı məlumatların yayıldığı bir dövrdə baş verir.

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …

“Türk Dünyası Gənclər Məclisi”ndə “Ayrılıq” mahnısının duyğulu ifası: “Qaqauz” sənətçinin dilindən Azərbaycanın ayrılıq hekayəsi – Video

GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa …