Cümə , İyul 10 2026
azfa

Yüz minlərlər günahsız insanın qatili Əli Xamenei Məşhəddə dəfn olunub

GADTB: İran İslam Respublikasının öldürülmüş lideri Əli Xamenei iyulun 9-u axşam saatlarında Məşhəddə yerləşən şiələrin səkkizinci imamının ziyarətgahının bir hissəsində dəfn edilib.

Onun dəfni ABŞ və İsrailin ilk hücum dalğası zamanı öldürülməsindən dörd aydan artıq vaxt keçdikdən sonra həyata keçirilib.

Xameneinin cənazəsi üzərində son namazı böyük oğlu Mustafa Xamenei qılıb. Lakin İran İslam Respublikasının yeni rəhbəri kimi təqdim olunan Müctəba Xamenei mərasimdə yenidən iştirak etməyib. Digər yüksək vəzifəli rəsmilərin və Xameneinin daha üç oğlunun iştirak etdiyi beş günlük dəfn mərasimi boyunca onun görünməməsi tədbirin diqqət çəkən məqamlarından biri olub.

Məlumatda bildirilir ki, Əli Xameneinin hakimiyyəti dövrü siyasi və ictimai məhdudiyyətlər, həbslər, təzyiqlər və sərt təhlükəsizlik siyasəti ilə müşayiət olunub. Həmçinin onun müxalif qüvvələrə qarşı sərt mövqeyi, COVID-19 peyvəndlərinin İrana vaxtında daxil olmasına mane olması ilə bağlı ittihamlar və müxtəlif ölkələrə, xüsusilə ABŞ və İsrailə qarşı düşmən münasibəti onun siyasi irsinin əsas xüsusiyyətləri kimi təqdim edilir.

Məqalədə qeyd olunur ki, cari ilin əvvəlində baş vermiş etiraz aksiyalarına qarşı təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində çoxsaylı şəxsin öldüyü və yaralandığı bildirilir.

Həmçinin yoxlayın

İran adlanan ərazidə türklərin ana dili üçün təhlükə siqnalı

GADTB: Valideynlərdən daxil olan məlumatlara görə, “Fars dili yetərliyi” proqramı dövlət məktəblərində, xüsusilə də özəl …

Ağ Ev İranla uzunmüddətli qarşıdurmaya hazırlaşır

GADTB: Ağ Ev Hörmüz boğazı ətrafında İranla günlərlə, hətta həftələrlə davam edə biləcək hərbi qarşıdurmaya …