Bazar ertəsi , İyul 13 2026
azfa

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. Bu barədə “The New York Times“da dərc olunan yazıda bildirilib.

Qeyd olunana görə, Əhmədinejad 2024-cü ildə Macarıstanın paytaxtı Budapeştdə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la görüş keçirib.

Anonim ABŞ rəsmiləri hətta “Mossad”ın o zamankı direktoru David Barneanın Budapeştə səfər edərək, Əhmədinejadla şəxsən görüşdüyünü bildirib.

Yazıda deyilir ki, bu ilin fevralında İrana hücumlar başlayarkən, İsrail Əhmədinejadın yaşadığı yaşayış kompleksində mühafizə xidmətini və zirehli maşını hədəfə alıb. Bundan sonra isə qara rəngli avtomobil sabiq prezidenti götürərək, təhlükəsiz və gizli bir yerə aparıb. Lakin daha sonra Əhmədinejad naməlum şəraitdə həmin yeri tərk edib.

Belə ki, yazılanlara əsasən sabiq prezident İsrailin planı əsasında yenidən hakimiyyətə gəlmək istəməyib.

Bu hadisədən sonra isə Əhmədinejad ilk dəfə ötən həftə İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimində ictimaiyyət qarşısına çıxıb.

Məlumatlı mənbələr Əhmədinejadın İsrail nümayəndələri ilə görüşünün ifşa olunduğunu və onun hazırda ev həbsində saxlanıldığını bildirib.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

Donald Tramp ABŞ-ın Hörmüz boğazına nəzarəti öz üzərinə götürəcəyini deyir

GADTB: ABŞ Prezidenti Donald Tramp iyulun 13-də bildirib ki, Birləşmiş Ştatlar Hörmüz boğazına “nəzarəti” öz …