
GADTB: Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Araz Aman Zeynabad dünən səhər saatlarında səhhətində yaranan ciddi problem və insult keçirməsi ehtimalı ilə əlaqədar xəstəxanaya köçürülüb.
Hazırda onun sağlamlıq vəziyyəti, baş vermiş narahatlığın xarakteri və ümumi fiziki durumu ilə bağlı dəqiq məlumat açıqlanmayıb. Əlavə məlumatların sonradan ictimaiyyətə təqdim ediləcəyi bildirilir.
Araz Aman Zeynabadın səhhəti ilə bağlı narahatlıqlar onun həbsdə olduğu müddətdə daha əvvəl də gündəmə gəlmişdi. Belə ki, bundan əvvəl bu azərbaycanlı fəalın həbs dövründə ciddi çəki itirdiyi və ümumi sağlamlıq vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyi barədə məlumatlar yayılmışdı.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi