Cümə axşamı , Oktyabr 8 2026
azfa

“Vol Strit Jurnal”: Tramp Xark adasının nəzarətə götürülməsini müzakirə edib

GADTB: “Vol Strit Jurnal” qəzeti ABŞ rəsmilərinə istinadən yazıb ki, Donald Tramp yüksək vəzifəli köməkçilərindən hesabat aldıqdan bir neçə gün sonra İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə meyl göstərib.

Qəzet ABŞ rəsmilərinə istinadla yazır ki, nəzərdən keçirilən variantlar arasında hava hücumlarının genişləndirilməsi, eləcə də Hörmüz boğazı yaxınlığında yerləşən İran adalarının nəzarətə götürülməsi məqsədilə quru qoşunlarının göndərilməsi də var.

“Vol Strit Jurnal” ABŞ rəsmilərinə istinadən bildirib ki, Donald Tramp çərşənbə axşamı Xark adasının nəzarətə götürülməsi ehtimalının müzakirə olunduğu iclasa sədrlik edib.

Qəzetin ABŞ rəsmilərinə istinadən irəli sürdüyü digər iddiaya görə, Donald Tramp İrana qarşı əməliyyatlarda quru qoşunlarından istifadə məsələsində tərəddüd edir.

Həmçinin yoxlayın

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

GADTB: Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən …

İranda minlərlə tibb bacısı işdən imtina edib

GADTB: Vəziyyətin dəyişməsi və hüquqların təmini üçün artıq etiraz aksiyaları da nəticə vermədiyinə görə minlərlə …