
GADTB: ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Vaşinqtonun məqsədi yalnız amerikalı əsgərlərin öldürülməsinə cavab vermək olmamalı, SEPAH-ı tamamilə məhv etmək olmalıdır.
Bolton vurğulayıb ki, hərbi əməliyyatları SEPAH idarə edir və İran İslam Respublikasının mülki rəhbərlərinin ABŞ ilə apardığı danışıqların əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, İranda hakimiyyət dəyişikliyinə və sülhün bərqərar olmasına aparan yeganə yol SEPAH-ın raket, pilotsuz uçuş aparatı (PUA) və nüvə imkanlarının tamamilə məhv edilməsidir.
Bolton əlavə edib ki, ABŞ İran daxilindəki müxalifətlə, o cümlədən kürdlər, bəluclar və digər etnik qruplarla əməkdaşlıq etməlidir ki, hakimiyyət üzərində daxili təzyiq artırılsın.
O, həmçinin neft sanksiyalarının bərpa olunmasını və İran limanlarının dəniz mühasirəsinin yenidən tətbiq edilməsini təsirli addım kimi qiymətləndirib. Boltonun fikrincə, bu tədbirlər İran İslam Respublikasının SEPAH, Qüds Qüvvələri və Bəsic üçün maliyyə vəsaiti ayırmasının qarşısını alacaq.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi