
GADTB: Təbriz Maşınqayırma Zavodunun Tökmə Sexinin işçiləri üç aylıq gecikdirilmiş əməkhaqlarının ödənilməsi ilə bağlı verilən vədin yerinə yetirilməməsinə etiraz olaraq bir neçə gündür aksiyalarını davam etdirirlər.
Yayılan məlumatlara görə, müəssisənin işçiləri gecikdirilmiş əməkhaqlarının ödənilməsini və sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün tədbirlər görülməsini tələb edirlər. Etirazlar, maaş borclarının ödənilməsi ilə bağlı verilən vədlərin həyata keçirilməməsindən sonra yenidən davam edib.
Təbriz Maşınqayırma Zavodunun Tökmə Sexinin işçiləri bildirirlər ki, əməkhaqlarının uzun müddət gecikdirilməsi onların iqtisadi və sosial vəziyyətini daha da ağırlaşdırıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi