Şənbə , Oktyabr 17 2026
azfa

Yürüş Mehrəlibəyli barəsində yeni hökm çıxarılıb; ümumi həbs müddəti 13 ildən çox olub

GADTB: Təbriz Mərkəzi Həbsxanasında cəzasını çəkən azərbaycanlı siyasi fəal Yürüş Mehrəlibəyli barəsində yeni cinayət işi üzrə 3 il 7 ay azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Yayılan məlumata görə, bu iş üzrə ona “insanları müharibəyə təşviq etmək” və “İran İslam Respublikasına qarşı küçə etirazlarına çağırış etmək” ittihamları irəli sürülüb. Məhkəmə onu “sistem əleyhinə təbliğat” ittihamı ilə 7 ay 16 gün, “insanları etirazlara, müharibəyə və qırğına təhrik etmək” ittihamı ilə isə 3 il 1 gün müddətinə azadlıqdan məhrum edib.

Yürüş Mehrəlibəyli 6 yanvar 2026-cı il tarixində Təbrizdə molla rejimi qüvvələri tərəfindən saxlanılıb. O, həbs edildikdən sonra üç aydan artıq müddətdə Təbriz Kəşfiyyat İdarəsinin istintaq təcridxanasında təkadamlıq kamerada dindirilib, daha sonra isə Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Azərbaycanlı fəal həbsxanaya köçürüldükdən sonra həmin müəssisənin xüsusi bölməsində saxlanılır.

Mehrəlibəyli bundan əvvəl də “Demokratlar” adlı iş üzrə Təbriz İnqilab Məhkəməsinin qərarı ilə “Demokratlar qrupunu yaratmaq” və “ölkənin təhlükəsizliyi əleyhinə əlbir olmaq” ittihamları üzrə ümumilikdə 9 il 9 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

Yeni hökmün çıxarılması ilə Yürüş Mehrəlibəylunun ümumi cəza müddəti 13 il 4 ay azadlıqdan məhrumetməyə çatıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …