Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

SEPAH-ın İctimaiyyətlə Əlaqələr hesabı Telegram-da bloklanıb, Tasnim Xəbər Agentliyinin X platformasındakı fars və ingilisdilli hesabları bağlanıb

GADTB: SEPAH-ın İctimaiyyətlə Əlaqələr bölməsinin Telegram messencerindəki rəsmi hesabı bloklanıb.

Bildirilib ki, hesab ABŞ qüvvələri və İran İslam Respublikasının müxalifləri barədə məlumat toplamaq məqsədilə çağırış yayımladıqdan sonra Telegram tərəfindən bağlanıb.

Bundan əvvəl SEPAH region ölkələrinin vətəndaşları ilə əlaqə yaratmaq üçün “təhlükəsiz kommunikasiya platforması” yaradacağını açıqlamış və İordaniya, Küveyt və digər ölkələrdən bəzi şəxslərin ABŞ-ın hərbi bazaları və hərəkətləri barədə onlara məlumat verdiyini iddia etmişdi.

Eyni zamanda, SEPAH-a yaxınlığı ilə tanınan Tasnim Xəbər Agentliyinin X (keçmiş Twitter) sosial şəbəkəsindəki fars və ingilis dillərində fəaliyyət göstərən rəsmi hesabları da dayandırılıb.

Hazırda həmin hesablar əlçatan deyil və istifadəçilərə hesabların dayandırıldığı barədə bildiriş göstərilir. X platforması və Tasnim Xəbər Agentliyi indiyədək bu qərarın səbəbi ilə bağlı rəsmi açıqlama verməyiblər.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …