Cümə axşamı , Noyabr 12 2026
azfa

ABŞ SEPAH terror təşkilatına məxsus onlarla mövqeyə zərbələr endirib

GADTB: ABŞ-ın son hərbi əməliyyatı zamanı aşağıdakı şəhərlərdə yerləşən SEPAH-a aid hədəflərə zərbələr endirildiyi bildirilir:

Qəşm

Əhvaz

Abadan

Ərvəndkənar

Kiş adası

Kazərun

Buşehr

Şadəgan

Bəndər-Abbas

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, ABŞ-ın şərq vaxtı ilə iyulun 29-u saat 22:00-da (İran vaxtı ilə iyulun 30-u saat 05:30) İranda SEPAH-a məxsus onlarla hədəfə qarşı genişmiqyaslı hücumlar həyata keçirilib.

CENTCOM-un məlumatına görə, bu əməliyyat bir gün əvvəl Yaxın Şərqdə yerləşən Amerika qüvvələrinə qarşı həyata keçirilən uğursuz raket hücumuna cavab olaraq icra edilib.

Bildirilib ki, zərbələr SEPAH-ın komandanlıq mərkəzlərini, raket və pilotsuz uçuş aparatları obyektlərini, sahil müdafiə mövqelərini və dəniz qüvvələrinə aid imkanları hədəf alıb. Əməliyyatın məqsədinin İran rejimi və onun dəstəklədiyi qüvvələrin ABŞ hərbçiləri, beynəlxalq ticarət gəmiçiliyi və Fars körfəzi regionundakı qonşu ölkələr üçün yaratdığı təhlükələri azaltmaq olduğu qeyd edilib.

CENTCOM-un bəyanatından:

Tampa, Florida — ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri iyulun 29-u, ABŞ-ın şərq vaxtı ilə saat 22:00-da İranın bir gün əvvəl ABŞ qüvvələrinə qarşı həyata keçirməyə cəhd etdiyi raket hücumuna cavab olaraq genişmiqyaslı əməliyyatı uğurla başa çatdırıb.

Əməliyyat zamanı SEPAH-a məxsus onlarla hədəf, o cümlədən hərbi komandanlıq mərkəzləri, raket və PUA obyektləri, müşahidə və sahil müdafiə sistemləri, eləcə də dəniz qüvvələrinə aid imkanlar vurulub.

Bəyanatda qeyd olunub ki, iyulun 28-də SEPAH Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə qəfil hücum məqsədilə İran ərazisindən bir neçə ballistik raket buraxıb. CENTCOM-un məlumatına görə, həmin raketlərin hamısı uğurla zərərsizləşdirilib.

Açıqlamada həmçinin vurğulanıb ki, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşir və onlar yüksək döyüş hazırlığı vəziyyətində xidmətlərini davam etdirirlər.

Həmçinin yoxlayın

İsrail İrana qarşı hərbi əməliyyat üçün müxalifətin təsdiqini gözləməyəcək

GADTB: İsrailin müdafiə naziri İsrael Kats “X” sosial şəbəkəsində paylaşdığı mesajda bildirib ki, ölkə hökuməti …

SEPAH Oman körfəzindəki Didamar adasında gəmilərin naviqasiya sistemlərini hədəfə alıb

GADTB: SEPAH Hörmüz boğazında Omanın nəzarətində olan Didamar adasında gəmilərin naviqasiya sistemlərinə hücum edib. Dəniz …