Cümə , İyul 31 2026
azfa

Azərbaycanlı dənizçilərin olduğu gəmi Odessa sahillərində PUA hücumuna məruz qalıb

GADTB: Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov “Facebook”da məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Albatros Corporation şirkətinə məxsus “ATA-2” quru yük gəmisinə Odessa limanı yaxınlığında üç PUA hücum edib.

Məlumata görə, gəmi ciddi zədələr alıb və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir.

Ekipaj 13 nəfərdən ibarətdir, onlardan 12-nin Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğu qeyd edilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində həlak olan və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 14-də də Ukraynanın Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalmışdı.

Hücum zamanı gəmi kapitanı Səməd Nəsrullayev həlak olmuş, 10 Azərbaycan vətəndaşı sahilə çıxa bilmişdi.

Həmçinin yoxlayın

Təbriz İnqilab Məhkəməsi “Traxtur” tərəfdarı Tohid Xadimini 10 ildən çox həbs cəzasına məhkum edib

GADTB: Azərbaycanın “Traxtur” futbol komandasının Qoşaçaylı tərəfdarı Tohid Xadimi Təbriz İnqilab Məhkəməsinin qərarı ilə 10 …

Müvəqqəti həbs müddəti başa çatsa da, üç azərbaycanlı fəalın qanunsuz saxlanılması davam edir

GADTB: Müvəqqəti həbs qətimkan tədbirinin bir aylıq müddəti başa çatmasına baxmayaraq, azərbaycanlı fəallar Siyamək Mirzayi, …