Cümə axşamı , Avqust 13 2026
azfa

Təqaüdçülər Güney Azərbaycan şəhərlərində etiraz aksyası keçiriblər

GADTB: Güney Azərbaycanın Həmədan və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Onlar həmçinin əmək haqqının tənzimlənməsinin üçüncü mərhələsinin həyata keçirilməsini, 89.24 saylı Məşğulluq Qaydalarının tətbiqini, ərzaq müavinətinin yenilənməsini və əlavə sığorta problemlərinin həllini istəyiblər.

Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir.

Həmçinin yoxlayın

İran rəsmisi: “Xəzər dənizinin səviyyəsi ən aşağı həddinə çatıb”

GADTB: Xəzər dənizində suyun səviyyəsi son 200 ilin ən aşağı həddinə çatıb. Bu barədə İranın …

Trampın hərbi təhdiddən İrana qarşı “iqtisadi boğma” siyasətinə dönüşü

GADTB: İranla ABŞ arasında razılaşma əldə olunması üçün müəyyən edilmiş müddətin başa çatması yaxınlaşdıqca, Donald …