
GADTB: Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Höccət Cəbari bildirib ki, Urmiya gölünün suyunun bəzi ərazilərdə çəhrayı və qırmızı çalarlara çevrilməsi göldə duzluluğun artması və ekoloji şəraitin dəyişməsi ilə bağlı ola bilər.
Onun sözlərinə görə, suyun həcminin azalması və buxarlanmanın artması nəticəsində gölün bəzi hissələrində duzun konsentrasiyası yüksəlir. Belə şəraitdə yüksək duzluluğa uyğunlaşmış bəzi mikroskopik canlılar daha fəal olur.
Cəbari qeyd edib ki, həmin canlıların ifraz etdiyi rəng piqmentləri göl suyunun çəhrayı və qırmızı tonlara çevrilməsinə səbəb olur. O vurğulayıb ki, bu proses göldəki ekoloji dəyişikliklərlə əlaqədardır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi