Cümə , Avqust 21 2026
azfa

Təbrizdə molla rejimin Kəşfiyyat İdarəsi əməkdaşları azərbaycanlı fəal Vəhid Vəlizadənin evinə basqın edib

GADTB: Təbrizdə İran rejiminin Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı fəal Vəhid Vəlizadənin evinə basqın edərək mənzildə axtarış aparıblar.

Məlumata görə, əməkdaşlar axtarış zamanı Vəhid Vəlizadənin mobil telefonunu və noutbukunu götürərək özləri ilə aparıblar.

İndiyədək bu addımın səbəbi, azərbaycanlı fəala qarşı irəli sürülən mümkün ittihamlar və onun hazırkı vəziyyəti barədə dəqiq məlumat yayılmayıb.

Qeyd edək ki, Vəhid Vəlizadə Azərbaycan türkcəsi və Azərbaycan mədəniyyəti sahəsində fəaliyyət göstərir, bu mövzularla bağlı mədəni və ictimai fəaliyyətlə məşğul olur.

Həmçinin yoxlayın

CENTCOM: Hörmüz boğazından 600 milyon barrel neft daşıyan 1 300 gəminin keçməsinə kömək etmişik

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ ordusu may ayının əvvəlindən indiyədək Hörmüz boğazından …

Qüds Qüvvələri ilə Hizbullah arasında yüz milyonlarla dollar köçürən şəbəkəyə sanksiya tətbiq edildi

GADTB: ABŞ Dövlət Departamenti açıqlayıb ki, ABŞ Maliyyə Nazirliyi İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri …