Şənbə , Avqust 29 2026
azfa

Yəmən Hərbi Dəniz Qüvvələri: SEPAH-ın husilərə göndərdiyi pilotsuz uçuş aparatı avadanlığı olan yükü ələ keçirmişik

GADTB: Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə pilotsuz uçuş aparatlarının hazırlanması üçün avadanlıq daşıyan bir gəmini ələ keçirdiyini açıqlayıb. Yəmən tərəfinin bildirdiyinə görə, avadanlıqlar SEPAH tərəfindən husilərə göndərilib.

Əməliyyat sentyabrın 4-də, çərşənbə günü axşam saatlarında həyata keçirilib. Yükün həcmi və gəminin dəqiq hansı ərazidə ələ keçirildiyi barədə əlavə məlumat açıqlanmayıb.

Bununla yanaşı, Yəmən Hərbi Dəniz Qüvvələri cümə axşamı səhər saatlarında beynəlxalq gəmiçilik marşrutuna nəzarət edən adalara yaxınlaşan beş husi qayığına atəş açaraq onları istiqamətlərini dəyişməyə məcbur edib.

Yəmən ordusu həmçinin cümə axşamı səhər saatlarında bir pilotsuz uçuş aparatının qarşısının alındığını və vurulduğunu açıqlayıb.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …